Əfsanəvi baş məşqçi: "Lionel Messi və Ronaldo səviyyəsinə çatacaq digər oyunçu Neymar olacaq"

15:16 3 Aprel 2015

“Mançester Yunaytedin” əfasnəvi baş məşqçisi Aleks Ferqison “Barselona”nın braziliyalı futbolçusu Neymar haqqında xoş sözlər deyib.

 

Sportarena.az xəbər verir ki, əfsanəvi baş məşqçi Neymarın Ronaldo və Messi səviyyəsinə çata biləcəyini bildirərək, “Neymar potensialı ilə insanların diqqətini çəkir. Amma, daha çox çalışmağı lazımdır”. – deyib.

 

Ferqison baş məşqçi olduğu dönəmdə Mançesterə gətirilən istedadlı futbolçular – Luis Anderson və Ebreu Oliveyranın onlardan gözlənilən ümüdləri doğrultmadığını xüsusi olaraq vurğulayaraq, “Ümüd edrəm ki, Lionel Messi və Ronaldo səviyyəsinə çatacaq digər oyunçu Neymar olacaq”. – deyə bildirib.


Digər xəbərlər

Xəbər xətti