Van Persi "Fənərbağça"ya gəlir? - “Bir gün mütləq Türkiyəyə gedəcəm”

15:27 3 Aprel 2015

“Mançester Yunayted”dən ayrılması gözlənilən hollandiylaı futbolçu Van Persi “Fənərbağça” haqqında danışıb.

 

Sportarena.az xəbər verir ki, Türkiyənin Sabah qəzeti bu barədə xəbər yayıb.

 

Xəbərdə yazılanlara inansaq, Persi, yaxın çevrəsinə “Bir gün mütləq Türkiyəyə gedəcəm” deyib.

Futbolçunun Türkiyədə forma geyən hollandlar – Dirk Küyt, Uesli Sneyder və Ryan Babellə əlaqə yaradaraq İstanbul haqqında soruşduğu bildirilir.

 

Qeyd edək ki, Van Persinin “Fənərbağça”ya gəlməsi son həftənin ən çox tirajlanan mövzularından sayılır.


Digər xəbərlər

Xəbər xətti