“Ceko mənə İtaliyada oynamaq istədiyini dedi”

16:16 3 Aprel 2015

“Ceko mənə İtaliyada oynamaq istədiyini dedi”

 

Sportarena.az xəbər verir ki, bu sözləri “La Repubblica”ya açıqlamasında “Roma”nın bosniyalı yarımmüdafiəçisi Miralem Pyaniç deyib.

 

Pyaniç, son zamanlar “Mançester Siti”nin əsas heyətinə düşməkdə çətinlik çəkən həmyerlisindən danışaraq, “Biz dostuq və Ceko mənə İtaliyada oynamaq istədiyini dedi. “Roma”nı yaxından izləyir. Əgər bir gün həm “Roma”da, həm də milli komandada birlikdə oynaya bilsək, əla olar”. – deyib.

 

Qeyd edək ki, “Mançester Siti” ilə 2018-ci ilə qədər müqaviləsi olan Eden Ceko, bu mövsüm 10 oyunda forma geyinmək şansı qazanıb.

 

Futbolçunun klubdan ayrılacağı mövzusu mediada ən çox tirajlanan xəbərlərdəndir.


Xəbər xətti