UEFA-nın yığmalar üçün açıqlanan yeni reytinq siyahısında milli komandamız irəlliləməyi bacarıb.
Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın Malta üzərində qazandığı qələbə (2:0) reytinqdə də öz təsirini göstərib. Millimiz xallarının sayını 16,8815-ə çatdıraraq 5 pillə irəlliləyib. Azərbaycan bu nəticə ilə Avropanın ən güclü 42-ci ölkəsi olub.
Reytinqin ilk pilləsində isə, daha əvvəl olduğu kimi Almaniya yığması qərarlaşıb.