"Neftçi"də kütləvi qovulma

17:21 3 Aprel 2015

"Neftçi"də struktur və vəzifə dəyişikliyi olandan sonra istefaların olacağı, daha doğrusu, davam edəcəyi gözlənilən idi.

 

 

Sportarena.az xəbər verir ki, "Ağ-qaralar"ın mətbuat xidmətində kütləvi şəkildə ixtisarlar olub. Əldə etdiyimiz məlumata görə, "Neftçi"də Gündüz Abbaszadədən başqa, mətbuat xidmətində işləyənlərin hamısı klubdan uzaqlaşdırılıb.

 

Gündüz Abbaszadə "Neftçi"nin mətbuat xidmətinin rəhbəridi.

 

Bundan sonra klubun yeni mətbuat xidməti formalaşdırılacaq. Böyük ehtimalla, Abbaszadə yenə mətbuat xidmətinin rəhbəri kimi işinə davam edəcək.(Komanda.az)

 


Digər xəbərlər

Xəbər xətti