Güloğlan Cabbarov: “Neftçi”dəki faktiki rəhbər Elnur Məmmədovdur”

18:08 3 Aprel 2015

“Müşahidə Şurasının işi yalnız nəzarət etməkdir. “Neftçi”dəki bütün yük Elnur Məmmədovun üzərində olacaq. Deyə bilmərəm kimin adamıdı, məqsədi nədi, amma, “Neftçi”dəki faktiki rəhbər Elnur Məmmədovdur”.

 

Bu sözləri sportarena.az saytına açqlamasında “Neftçi” klubunun sabiq idman direktoru Güloğlan Cabbarov deyib.

 

 

Cabbarov, “Neftçi”dəki dəyişikliklərə münasibət bildirərək, “Yeni rəhbərliyə uğurlar diləyirəm. Arzu edirəm ki, ən azında bizim uğurları təkrarlasınlar. Çingiz Abdullayev açıqlamasında demişdi ki, uğurumuz olmayacaqsa klubdan çıxıb gedəcəm. Demək ki, arxalandığı hər hansı səbəb var ki, klubdadır. Düzü, “Neftçi”də prezident vəzifəsinin qalacağını düşünürdüm. Belə qərar gözlənilməz oldu. Düşünmürəm ki, Müşahidə Şurası “Nefçi”də əsas qərarları qəbul edəcək. Müşahidə Şurasının işi yalnız nəzarət etməkdir. “Neftçi”dəki bütün yük Elnur Məmmədovun üzərində olacaq. Deyə bilmərəm kimin adamıdı, məqsədi nədi, amma, “Neftçi”dəki faktiki rəhbər Elnur Məmmədovdur”. – deyə bildirib.


Digər xəbərlər

Xəbər xətti