Elnur Cəfərov: "Çalışacayıq ki, “İnter”lə sonuncu oyunumuzda qələbə qazanaraq yadda qalaq"

18:57 3 Aprel 2015

“Sonuncu oyunlar yaddaqalan olur. Çalışacayıq ki, “İnter”lə sonuncu oyunumuzda qələbə qazanaraq yadda qalaq”

 

Bu sözləri sportarena.az saytına açıqlaçasında “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Cəfərov deyib.

 

Gənc oyunçu son turda “Sumqayıt” üzərində qazanılan qələbə ilə bərabər qarşıdakı “İnter”lə matç barədə də fikirlərini bölüşüb. “Son oyuna baxa bilməsəm də, yaxşı oynadığımızdan xəbərdaram. “İnter”lə oyuna hazırlaşırıq. Artıq bu il onlarla 4-cü qarşılaşmamız olacaq. Həm də mövsümdə onlarla sonuncu oyunumuz olacaq. Sonuncu oyunlar yaddaqalan olur. Çalışacayıq ki, “İnter”lə sonuncu oyunumuzda qələbə qazanaraq yadda qalaq. Komandamızın oyunçularının ustalıq səviyyəsi aşağı olsa da, sona qədər meydanda canlarını qoyurlar”.

 

Cəfərov, cəzalı duruma düşən aparıcı futbolçu Sadio Tounkaranın yoxluğunu unutdurmalı olduqlarını bildirərək  – “Toyunkara bir oyunluq cəzalıdır. Daha sonrakı oyunda bizimlə olacaq. Onun yerində və başqa mövqelərdə kim oynayacaqsa sona qədər döyüşkən olmalıdır. Məşqlərdə də bu amilə daha çox diqqət yetiririk”. – deyib.

 

Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” matçı aprelin 5-də saat 18:00-da “İnter Arena”da keçirəcək. Matçı Ömər Paşayevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.


Digər xəbərlər

Xəbər xətti