"Qəbələ" Danimarka klubuna qalib gəldi

12:13 4 Aprel 2015

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandasının da iştirak etdiyi ənənəvi beynəlxalq “VI Manavqat” turnirinə yekun vurulub. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  “qırmızı-qaralar” Türkiyədə təşkil olunan yarışdakı son oyununda Danimarkanın “Holbak” klubu ilə üz-üzə gəlib. 

13-14-cü yerlər uğrunda mübarizə aparan komandaların oyununda qalib müəyyənləşməyib – 1:1. “Qəbələ”nin heyətində Veysəl Rzayev qol sevinci yaşayıb. 13-cü yerin taleyinə oyun sonrası penaltilər seriyasında aydınlıq gəlib. 3:2 hesabı ilə qalib gələn Ülfət Mədətovun yetirmələri turnirdə çıxış edən 24 komanda arasında 13-cü olub. “Qırmızı-qaralar” sabah axşam saatlarında Azərbaycana qayıdacaq.

Qeyd edək ki, “VI Manavqat” turnirinin final oyununda iki adlı sanlı klub – İngiltərə “Çelsi”si və Türkiyə “Qalatasaray”ı üz-üzə gəlib. Bu qarşılaşmada əvvəl London təmsilçisi 2 qol vursa da, türkiyəlilər hesabı bərabərləşdirməyə nail olub. Lakin “Çelsi” matçın sonlarında 3-cü dəfə fərqlənməklə turniri çempion kimi başa vurub.


Digər xəbərlər

Xəbər xətti