“Borussiya Dartmund” klubunun İdman Drektoru Han Yoxim Voçke komandadan ayrılması gündəmdə olan iki futbolçusu – Mats Hummels və İlkay Gündoğan haqqında açqılama verib.
Sportarena.az xəbər verir ki, “Bild”ə açıqlama verən idman direktoru “Hər il ən azı bir önəmli futbolçumuz komandadan gedir. Hummels müqaviləmizin şərtlərini bilir. Növbəti mövsüm onun harada oynaycağına bizim klub qərar verəcək. Levandoskini klubda saxlamaq üçün əlimizdən gələni etmişdik. Əgər, keçən mövsüm Levandovskini satsaydıq, 25 milyon avro qazanardıq. Amma, onu komandada saxlayaraq 50 milyon qazandıq” – deyib.
Hələ heç bir futbolçu üçün təklif almadıqlarını bildirən Voçke, “Nə İlkay, nə də Hummels üçün təklif gəlməyib. Təklif olarasa, oturub danışa bilərik. Amma, bu futbolçular haqqında qərarı son olaraq “Borussiya” verəcək”. – deyə bildirib.