Braziliyalı ulduz futbolçu Premyer Liqada forma geyə bilər

14:45 4 Aprel 2015

Almaniya Bundesliqasında çıxış edən “Hoffenhaym”ın yüksəlişdə olan braziliyalı futbolçusu Ferminyo İngiltərə Premyer Liqasında forma geyə bilər.

 

Sportarena.az xəbər verir ki, İngiltərənin “Arsenal” və “Liverpul” klubları futbolçunu transfer etməyə çalışsa da, ən ideal təklif “Mançester Yunayted”dən gəlib. “Qırmızı şeytanlar”ın futbolçu üçün 25 milyon avro təklif etdiyi iddia olunur.

 

Qeyd edək ki, 23 yaşlı Ferminyo bu mövsüm Bundesliqada çıxdığı 26 oyunda 6 qol vurub və 8 qolun ötürməsini verib.

 


Xəbər xətti