Həm futbolçu, həm kapitan və həm də məşqçi

15:21 4 Aprel 2015

Rusiyanın “Amkar” klubunun futbolçusu Dmitri Belorukov yeni müqaviləyə əsasən həm də çıxış etdiyi klubda köməkçi-məşqçi kimi çalışacaq.

 

Sportarena.az Rusiyanın Kurse portalına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu bu haqda özü açıqlama verərək – “Komandada hansı işi görməyimin fərqi yoxdur. Vacib amil odur ki, komandama xeyrim dəysin. Anlayıram ki, ikinci işim əlavə məsuliyyətdir. Çalışacam baş məşqçinin ümidlərini doğruldum”. – deyə bildirib.

 

Qeyd edək ki, Belorukov həm də komandanın kapitanıdır.


Digər xəbərlər

Xəbər xətti