Azərbaycan çempionatının 1-ci Dvizionunda lider olan “Neftçala” klubunun stadionununda təmir işləri davam edir.
Sportarena.az xəbər verir ki, Neftçala rayonunun mərkəzi arenası sayılan Nəriman Nərimanov adına stadionda əsaslı təmir işləri aparılır. Tribunadakı təmir işləri ilə bərabər stadionun təbii ot örtüyü də dəyişdirilir.
Təmir işlərinin başlaması ilə əlaqədar isə klub bu mövsümün sonuna qədər paytaxta köçüb və ev oyunlarını “Dalğa Arena”da keçirəcək.
Qeyd edək ki, "Neftçala" klubu Premyer Liqaya vəsiqə qazanmağa ən yaxın namizəddir.