Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXVIII turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb.
AZAL 1-3 “Qəbələ”
Qollar: Fərid Hacıyev, 18 // Amil Həsənov, 55, 84; Roman Hüseynov, 58
“İnter” 3-0 “Xəzər Lənkəran”
Qollar: Dieqo Madriqal, 7, 14; Azər Salahlı, 63
“Bakı” 2-0 “Qarabağ”
Qollar: Raul Yaqubzadə, 5; Umar Akmurzayev, 19
“Simurq” 1-1 “Neftçi”
Qollar: Mirzağa Hüseynpur, 62 // Mirabdulla Abbasov, 18