Birinci divizionda 22-ci turunda keçirilən "Ağsu" – "Bakılı" oyunundan sonra (7:1) Ağsu klubunun gənc qolkiperi Sadiq Ramazanov Avrofutbol.com saytına müsahibə verib.
Sportarena.az sizə həmin müsahibəni təqdim edir:
– "Bakılı"nı doğma meydanda darmadağın etdiz. Sizin üçün necə nəticədir?
– Bu oyunda qələbə qazanmağa borclu idik. Çünki, son vaxtlar uğursuzluq zolağına düşmüşdük. Oyunun ilk dəqiqələri bizim üçün uğurlu alındı. Nəticədə böyük hesablı layiqi qələbə qazandıq.
– Növbəti turda sizi "MOİK" klubu ilə çətin sınaq gözləyir...
– Bu görüşdə də meydana yalnız qələbə üçün çıxacağıq. Çünki, itirdiyimiz xalları qazanmalıyıq. Üç tur ardıcıl məğlub olduq. İndi isə bütün oyunları qələbə qazanıb itirdiyimiz xalları sığortalamalıyıq.
– Gələn mövsümdə Premyer Liqamızda 12 komandanın çıxış edəcəyini nəzərə alsaq Premyer Liqaya yüksəlmək şansınız var. Lakin, "Zirə" və "Qaradağ Lökbatan " kimi klublar sizi qarabaqara izləyir. Premyer Liqaya yüksəlmək şansınızı necə dəyərləndirirsiz?
– Premyer liqaya çıxmaq üçün ilk iki yeri tutmalıyıq. Yersiz xal itkilərinə baxmayaraq sona kimi mübarizə aparacağıq. Əgər ilk iki yeri tuta bilsək və rəhbərliyin razılığı olarsa Premyer Liqaya vəsiqə qazana bilərik. Hal-hazırda əsas məqsədimiz bütün görüşlərdə qələbə qazanmaqdır.
– Milli komandamız AÇ seçmə mərhələsində Maltanı 2:0 məğlub etdi. Proseniçki debüt oyununda qələbə qazandı. Foqsdan fərqli olaraq Proseniçkin millimizə xeyri dəyəcək?
– Malta elədə güclü rəqib deyil. Amma, qələbə qələbədir. Heç bir komanda asan məğlub edilmir. Ən zəif komandanı məğlub etmək üçün əziyyət çəkməlisən. Millimizə nə qədər xeyir verəcəyini isə gələcəkdə zaman göstərəcək.
– Premyer liqada çıxış edən hansısa komandadan təklif almısan?
– Xeyir heç bir təklif yoxdur. Amma, öz doğma klubum "Xəzər Lənkəran"a qayıtmaq istəyərəm. Artıq 3 ildir ki, "Xəzər Lənkəran"dan ayrılmışam. Doğma komandamdan ayrılanda çox gənc idim, fikirləşirdim ki, başqa komandalarda oyun praktikası qazanım. Həmən vaxt məşçilər heyəti məni buraxmırdılar. Amma mən fikrimdə qəti idim, gedib özümü doğruldub komandaya qayıdım. Çox istərdim yenidən "Xəzər Lənkəran"a qayıdım. O şərəfli formanı yenidən geyinmək istəyirəm.