Sxadadze "Xəzər Lənkəran"la oyuna ölüm-dirim savaşı kimi baxır - O, futbolçularından nə tələb etdi?

17:23 4 Aprel 2015

Premyer Liqanın 27-ci turunda səfərdə “Qarabağ”la qolsuz sülhə razılaşaraq çempionluq yolunda ağır zərbə almış “İnter” klubu bütün diqqətlərini sabah öz meydanında qonaq edəcəyi “Xəzər Lənəran”la oyuna yönəldib.

 

Sportarena.az xəbər verir ki, son oyunlarda xal itkilərinə məruz qalan “İnter” klubunun gürcü baş məşqçisi Kaxaber Sxadadze komandasının durumundan ciddi narahatlıq keçirir. “Qarabağ”dan 9 xal geri qalmaqla yanaşı, bir tərəfdən də “Neftçi”nin “bankirlər”lə xal fərqini 2-yə endirməsi paytaxt klubunu növbəti oyunlara daha ciddi hazırlaşmağa vadar edir.

 

Əldə etdiyimiz məlumata görə Kaxa ləqəbli baş məşqçi bu gün komandanın futbolçularını bir yerə yığaraq onlara “Xəzər Lənkəran” barədə göstərişlərini verib. Sxadadze “Sumqayıt”la matçın vieoyazısını analiz edərək futbolçularına rəqibin ən təhlükəli həmləsi olan cınaq hücumlarının necə qarşısını almağı göstərib. Sxadadze, həmçinin rəqib müdafiəsini mərkəzdən yarmağın və daha çox uzaqdan zərbələr vurmağın əhəmiyyətini qeyd edib.

 

“İnter” futbolçuları ilk hissədə topu daha çox özündə saxlayaraq rəqibi yormaq və ikinci hissədə kombinasiyalı hücumlar təşkil etmək tapşırıqları alıb.

 

Gürcü mütəxəssis həm də yetirmələrinə oyunun psixolaji əhəmiyyətini də başa salaraq kubok oyunlarının motivasiyasının da çempionatdakı uğurlu çıxışa bağlayıb və “Xəzər Lənkəran”la oyunda yaxşı, ya da pis oyun qarşılığında mütləq qələbə nəticəsi tələb edib.

 


Digər xəbərlər

Xəbər xətti