Türkiyə PTT 1-ci liqada 26-cı turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, həmyerlimiz Kamran Ağayevin çıxış etdiyi “Kayserispor” klubu öz meydanında “Girəsunspor”la qarşılaşıb.
Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Matçın 38-ci və 71-ci dəqiqlərində Bisesvar, 75-ci dəqiqədə Ömər Bayram fərqlənib. 90+1 dəqiqədə meydan sahiblərinin qapısına təyin edilmiş penati zərbəsini Kamran Ağayev qaytarıb və əks-hücum zamanı Murad Akın 4-cü qolla rəqibi məyus edib.
Bu qələbə ilə “Kayserispor” klubu turnir cədvəlində liderliyini möhkəmləndirib. “Qırmızı-sarılar” 26 oyuna 56 xal toplayıb və ən yaxın rəqibi olan, 1 oyun az keçirmiş “Adana Dəmirspor”dan 8 xal öndədir.