Turkiyə PTT 1-ci liqasında 26-cı turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq serb əsilli hücumçusu Branimir Subaşiçin formasını geyindiyi “Manisaspor” klubu səfərdə “Orduspor”la qarşılaşıb. Qonaqların 1:6 hesablı qələbəsi ilə başa çatan görüşdə Subaşiç 90 dəqiqə meydanda olsa da fərqlənə bilməyib.
“Manisaspor” bu qələbədən sonra 26 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.