Ruslan Qurbanov oynadı, komandası derbidə məğlub oldu

01:45 5 Aprel 2015

Xorvatiya Çempionatında 27-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Milli Komandamızın üzvi Ruslan Qurbanovun formasını geyindiyi “Hayduk” klubu öz meydanında şəhərin digər eyniadlı klubu “Split”i qəbul edib.

 

Split derbisində qonaqlar 1:2 hesabı ilə qalib olublar.

 

Ruslan Qurbanov oyunun 67-ci dəqiqəsində meydana daxil olsa da komandası məğlubiyyətdən qaça bilməyib. Oyunda həmçinin meydan sahibi azarkeşlərin möhtəşəm dəstəyi göz oxşayıb.

 

Qeyd edək ki, “Hayduk” klubu 27 oyundan sonra 37 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləində qərarlaşıb. Avrokuboklara düşmək üçün komanda mütləq 4 xal geri qaldığı “Lokomativ”i üstəliyərək üçlüyə düşməlidir. 


Digər xəbərlər

Xəbər xətti