"Kayserispor"un azərbaycanlı qapıçısı Kamran Ağayev Türkiyə birinci liqasının 26-cı turunda "Giresunspor"a qarşı keçirdiyi matçda penalti qaytarmağı bacarıb.
Sportarena.az xəbər verir ki, qarşılaşma "Kayserispor"un 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə “Kayserispor” klubu turnir cədvəlində liderliyini möhkəmləndirib. “Qırmızı-sarılar” 26 oyuna 56 xal toplayıb və ən yaxın rəqibi olan, 1 oyun az keçirmiş “Adana Dəmirspor”dan 8 xal öndədir.