Sadıq Sadıqovun daha bir kadrı "Neftçi"dən göndərilir

12:31 5 Aprel 2015

"Neftçi"dəki son struktur dəyişikliyindən sonra istefalart da davam etməkdədir. Bildiyiniz kimi, sabiq prezident Sadıq Sadıqovun oğlu da artıq klubdan gedib. Eyni zamanda Sadıqovun müşaviri Elnur Əşrəfoğlu da daha "Neftçi"də çalışmayacaq.

 

 

Sportarena.az xəbər verir ki, sabiq prezidentin daha bir kadrı da yol üstündədir.

 

Söhbət Mübariz Xudiyevdən gedir. Bildiyiniz kimi, Xudiyev Sadıqovun prezidentliyi dövründə icraçı direktor postunu tuturdu. Son dəyişiklikdən sonra bu post Elnur Məmmədova tapşırıldı. Xudiyev isə böyük ehtimalla daha "Neftçi"də çalışmayacaq. (rekord.az)

 


Digər xəbərlər

Xəbər xətti