RƏSMİ: "Xəzər Lənkəran" 2 futbolçunu komandadan uzaqlaşdırdı

13:08 5 Aprel 2015

"Xəzər Lənkəran" iki futbolçusu ilə yollarını ayırıb. 

 

Cənub komandasının İlqar Ələkbərov və Nurxan Mənsimzadə ilə yollarını rəsmən ayıra biləcəyi haqqında xəbər vermişdik (Buradan bax: http://sportarena.az/news/33845)

 

Sportarena.az xəbər verir ki, bu barədə idmanxeber.com-a açıqlamasında komandanın baş məşqçisi Elbrus Məmmədov məlumat verib. Lənkəran komandasının çalışdırıcısı onların klubda özlərini doğrultmadığına görə, göndərildiyini bildirib:

 

"Nurxan və İlqar perespektivli gənclərdi. Sadəcə hər ikisi özlərini doğrultmadı və buna görə də, onlarla yollarımızı ayırmağa qərar verdik. Hər ikisinə də uğur arzulayıram".

 

Qeyd edək ki, sözügedən futbolçular daha öncə zəif oyunlarına görə, əvəzedici heyətə göndərilmişdilər. 

 


Digər xəbərlər

Xəbər xətti