“Tomiçin belində ağrılar var”
Bu sözləri sportarena.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlu bildirib.
Bu gün səfərdə “İnterlə” qarşılaşacaq Lənkəran klubu son zamanlar yüksəlişdə olan futbolçusu Vledoslav Tomiçi itirə bilər. Buna səbəb futbolçunun bel nahiyəsində ağrıların artması və bu günkü oyuna çıxa bilməməsi ehtimalının yüksək olmasıdır.
“Onun meydana çıxıb-çıxmaması hələ ki, dəqiq bilinmir. Tomiçin belində ağrılar var. Ola bilsin ki, “İnter”lə oyunu buraxsın” – deyə Cəbrayıloğlu bildirib.
Qeyd edək ki, bu gün “İnter Arena”da baş tutacaq “İnter” – “Xəzər Lənkəran” qarşılaşması saat 18:00-da start götürəcək. Görüşü Ömər Paşayevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.