"Xəzər Lənkəran"ın sabiq futbolçusu Marin Orsuliçin Avrofutbol.com-a müsahibə verib.
Sportarena.az həmin müsahibəni diqqətinizə çatdırır:
- Hazırda karyeranı harada davam etdirirsən?
- İndi "ÇSKA Sofia"nın şərəfini qoruyuram. Burada xöşbəxtəm.
- Bir müddət Azərbaycanda "Xəzər Lənkəran"nın heyətində top qovmusan. "Xəzər Lənkəran"-ın indiki durumundan xəbərin varmı?
- Bəli, arada internetdən oyunların videosuna baxıram. "Xəzər Lənkəran"-ın heyəti indi gənc oyunçulardan qurulub. Çempionatda mövqeləri yaxşı deyil, amma gənclər oyunlarda istəkli mübarizə aparırlar.
- Yenidən "Xəzər Lənkəran"-dan təklif gələrsə qəbul edərsiniz?
- Hazırda indiki oynadığım klubla müqaviləm var. Amma yenidən Lənkərana dönmək və o azarkeşlərin qarşısında futbol oynamağı kim istəməz...
- "Xəzər Lənkəran"ın heyətində ən yadda qalan oyunun hansıdır?
- Ən yadda qalan oyunum "Neftçi" ilə kubok finalıdır. Ondan sonra "Slima Vanders" ilə oyundur. Həmin oyunda qol ötürməsini mən vermişdim və biz növbəti mərhələyə adlamışdıq. (Gülür)
- "Xəzər Lənkəran" azarkeşləri haqqında nə deyərdin?
Onlar ən yaxşı sözlərə layiqdirlər. Biz məğlub olanda da bizə dəstək olurdular. Onlara yaxşı mənada deməyə söz tapa bilmirəm. Onlar həmişə stadionda çılğın olublar. Sonacan belə olmağı arzulayıram...