“Elburus müəllim dedi ki, qal yaxşı olacaq. Birdən-birə niyə belə qərar qəbul etdilər bilmədim”
Sportarena.az xəbər verir ki, bu sözləri Avrofutbol.com saytına açıqlamasında “Xəzər Lənkəran” klubundan göndərilən futbolçu İlqar Ələkbərov deyib.
Ələkbərov ilin əvvəlində klubdan ayrılmaq istəyərkən baş məşqçi Elbrus Məmmədovun onu qalmağa səsləməsindən sonra klubdan bu şəkildə göndərilməsini anlamadığını bildirərək – “Klubdan ayrılmışam. Sənədlərim məndədir.Qışda məni başqa komandalar istəyirdi. Elburus müəllim dedi ki, qal yaxşı olacaq. Birdən-birə niyə belə qərar qəbul etdilər bilmədim. Elburus məllimdən belə bir qərar gözlənilməz oldu. Peşəkar bir yerdə çempionatın ortasında oyunçu çıxarmazlar”. – deyib.
Qeyd edək ki, klubdan İlqar Ələkbərovla bərabər Nurxan Məsimzadə də göndərilib.