Türkiyə Superliqasının 26-cı turunda səfərdə "Rizəspor"la oyundan (5:1) sonra "Fənərbaxça"nın avtobusuna silahlı hücum olduğunu xəbər vermişdik. Trabzon yolunda klub avtobusuna silahlı hücumdan sonra avtobusu idarə edən sürücü yaralanaraq xəstəxanaya çatdırılmışdı.
Ardınca isə “Fənərbağça” klubu hücumu pisləyən bəyanat verdmişdi (Buradan bax: http://sportarena.az/news/34480).
Sportarena.az xəbər verir ki, Trabzon şəhər valisi Abdil Cəlil Öz silahlı hücumla bağlı açıqlama verərək – "Hazırda silahlı basqınla bağlı araşdırmalar gedir. Amma avtobusa atəş açılan silah böyük ehtimalla ov tüfəngi olub. Silahdan çıxan patronlar tüfəngdən atılmış patronlara oxşayır". – deyib.