Amit izlədi, sabiq "Bakı"lı qol vurdu, "Atletiko" qələbəyə sevindi

14:37 5 Aprel 2015

Portuqaliya ikinci liqasında 37-ci turun oyunları keçirilib.

 

Sportarena.az  xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi "Atletiko" doğma meydanda "Sportinq Kovilya" klubu ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Amit matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib. "Atletiko"nun ilk qolunu isə "Bakı"nın sabiq futbolçusu İbrahim Karqbo vurub.

 

Qeyd edək ki, "Atletiko" hazırda 35 xalla 24 komanda arasında 22-ci yerdə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti