"Bakı"nın baş məşqçisi qovuldu

14:55 5 Aprel 2015

“Bakı” klubu baş məşqçisi İbrahim Uzunca ilə yolları ayırıb. 

 

Sportarena.az xəbər verir ki, artıq paytaxt klubunun yeni baş məşqçisinin adı da bəllidir.

Komandanı bu gün Premyer Liqanın 27-ci turunda “Qarabağ”a qarşı keçiriləcək oyuna “zolaqlılar”ın sabiq çalışdırıcısı  Noruz Əzimov çıxaracaq.

Klub rəsmisi Yaşar Seyidovun Qol.Az-a veridiyi məlumata görə, N.Əzimovun bu gün “Bakı”ya rəsmi qaydada  baş məşqçi təyin ediləcəyi  gözlənilir. 

Y. Seyidov istefaya göndərilən İbrahim Uzuncanı işinin öhdəsindən gələ bilməməkdə ittiham edib. 


Digər xəbərlər

Xəbər xətti