“Rauf Əliyev “18-lik”dən kənarda qalıb”
Bu sözləri sportaren.az saytına açıqlamasında “Neftçi” klubunun Mətbuat Katibi Gündüz Abbaszadə bildirib.
Bu gün Premyer Liqanın 28-ci turunda Zaqatalada “Simurq” klubunun qonağı olacaq “Neftçi”nin əsas heyət oyunçularından biri olan hücumçu Rauf Əliyevin suçiçəyi xəstəliyinə tutulması ehtimalı olduğundan heyətdən kənarda qalıb.
“Hələ dəqiq bir şey yoxdur. Amma, dünən Raufun qızdırması qalxıb. İlkin həkim baxışından sonra Raufda suçiçəyi xəstəliyinin əlamətləri görünüb. Buna görə də bu günkü oyunda olmayacaq Rauf Əliyev “18-lik”dən də kənarda qalıb və dünən axşam Bakıya göndərilib”. – deyə Abbaszadə bildirib.
Qeyd edək ki, “Simurq” – “Neftçi” qarşılaşması saat 17:00-da Zaqatala şəhər stadionunda start götürəcək. Qarşılaşmanı İnqilab Məmmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.