“Belə davam edərsə klubdan AFFA və UEFA-ya şikayət edəcəyik”
Bu sözləri son vaxtlar qalmaqallarla gündəmdə olan “Bakı” klubunun adının açıqlanmasını istəməyən futbolçusu sportarena.az saytına bildirib.
Futbolçu, klubda gərginliyin son həddə olduğunu və klub rəhbərliyinin onları şantaj və təhdidlərnən qorxutduqlarını bildirib.
“Artıq hamı bezib. Belə klubda oynamaq mümkün deyil. Pulumuzu vermirlər, buna dözdük. İndi isə klubdan getmək istəyənləri təhdid edirlər. Deyirlər ki, getsəz sizə oynamağa imkan verməyəcəyik. Bu qədər olmaz. “Bakı” klubu üstümüzdə çəkdiyi bütün əziyyətə tüpürür. Bir az hörmətləri qalıb, onları da itirməsinlər. Yoxsa, belə davam edərsə, klubdan AFFA və UEFA-ya şikayət edəcəyik”. – deyə adının gizli saxlanlmasını istəyən futbolçu bildirib.
Qeyd edək ki, “Bakı” klubu bu gün Premyer Liqanın 28-ci turu çərçivəsində saat 17:00-da doğma meydanda “Qarabağ”la qarşılaşacaq. Oyunu Fariz Yusifovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.