“Onu əvəzedici heyətə göndərdik. Ordan nə vaxt qayıdacağı isə özündən asılıdır”
Bu saözləri sprotarena.az saytına açıqlamasında “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov Pərdis Fərcad-Azadla bağlı verilmiş qərardan danışarkən deyib.
“Xəzər Lənkəran” – “Sumqayıt” matçında əvəzlənməsinə etiraz olaraq formasını çıxararaq yerə atan futbolçu klubu tərəfindən sərt cəza ilə üzləşib.
Belə ki, Pərdis Azad əvəzedici heyətə göndərilməklə yanaşı həm də cərmələnəcək.
“Azadın hərəkəti yolverilməz idi. Onu əvəzedici heyətə göndərdik. Ordan nə vaxt qayıdacağı isə özündən asılıdır. Futbolçuya həm də pul cəriməsi tətbiq etmişik. Pul cəzasının nə qədər olması isə komandanın daxili məsləsidir”. – deyə baş məşqçi bildirib.
Qeyd edək ki, “Sumqayıt” klubu bu gün keçiriləcək Premyer Liqanın 28-ci turunda istirahət edəcək.