Vaqif Cavadov oynasa da, komandası məğlub oldu

18:22 5 Aprel 2015

Türkiyə PTT 1-ci liqasında 26-cı turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz Vaqif Cavadovun formasını geyindiyi “Boluspor” öz meydanında “Alanyaspor”a 0:3 hesabı ilə məğlub olub.

 

Vaqif Cavadov 59-cu dəqiqəsindən etibarən meydanda olsa da, komandasına ciddi fayda verə  bilməyib.

 

Qeyd edək ki, 26 oyuna 32 xal toplayan “Boluspor” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti