Bu gün Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilir.
Sportarena.az futbolinfo.az-a istinadən xəbər verir ki, “Bakı” evdə lider “Qarabağ”ı qəbul edir.
Hazırda Biləcəridə keçirilən oyunu izləyənlər arasında millət vəkili Qənirə Paşayeva da olub. Həmin matçda əməkdaşımızın verdiyi məlumata görə, Ağdam klubunun dəvəti ilə stadiona gələn xanım Paşayevaya “Qarabağ” forması hədiyyə olunub.
O, matçı bir az izlədikdən sonra arenanı tərk edib.