Azərbaycan Premyer Liqasının XXVIII turu “Neftçi” üçün uğurlu alındı. Paytaxt klubu Zaqatalada “Simurq”u 1-0 hesabı ilə məğlub etdi.
Sportarena.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Arif Əsədov oyun barədə fikirlərini bölüşüb:
“Oyuna çox ciddi hazırlaşmışdıq. Zaqatalaya oyundan iki gün öncə gəlmişdik. Bütün bunlar matça nə qədər ciddi hazırlaşdığımızı göstərir. Hesab edirəm ki, nəzərdə tutduğumuz oyunu nümayiş etdirdik və qələbə qazandıq. Düzdür, ilk hissədə istədiyimiz oyunu göstərə bilmədik. Fasilədə isə dəyişikliklər edib, lazım olan nəticəni qazandıq. Qırmızı vərəqə aldıqdan sonra toparlanmağı bacardıq və qol vurduq”.