Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qəbələ” səfərdə AZAL-ı 4-0 hesabı ilə üstələdi.
Sportarena.az xəbər verir ki, AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov oyun barədə fikirlərini bölüşüb:
“Düşünürdüm ki, “Simurq”a məğlubiyyətdən sonra evdə “Qəbələ”ni məğlub edəcəyik. Amma oyunun ilk dəqiqələrindən hiss etdim ki, futbolçular mənim istədiyim kimi oynaya bilmir. Rəqib isə yüksək səviyyədə çıxış etdi. Mən rəqibi layiqli qələbə münasibəti ilə təbrik edirəm. “Qəbələ” daha çox qol vura bilərdi. Futbolda qələbə də var, məğlubiyyət də var. Mən futbolçuları günahkar hesab etmirəm. Sadəcə, oyunumuz alınmadı. Bunu analiz edib, nəticə çıxarmalıyıq”.