Qurban Qurbanov: "Futbolçuların üzərinə çox getmək istəmirəm"

19:59 5 Aprel 2015

Azərbaycan Premyer Liqasının XXVIII turunda keçirilən “Bakı” – “Qarabağ” oyunu 1-1 hesabı ilə başa çatdı.

 

Sportarena.az xəbər veirir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun barədə fikirlərini bölüşüb:

 “Oyunda qol epizodlarımız oldu. Amma yorğunluq hiss olunurdu. Matça yaxşı hazırlaşa bilməmişdik. “Bakı” bu gün bizdən xal aldı. Futbolçuların üzərinə çox getmək istəmirəm. Matçın gedişində hər şey görünürdü. Futbolçularım düzgün düşünə bilmirdi. İndi əsas məqsəd oyunçuları yaxşı vəziyyətə gətirməliyik.

Hücumda müəyyən problemlərimiz var. İstədiyimiz dəyişiklikləri edə bilmirik. Sizinlə danışmalı çox məsələ yoxdur. Futbolçularla isə çox məsələni danışmalıyıq”.
 


Digər xəbərlər

Xəbər xətti