Azərbaycan Premyer Liqasının XXVIII turuna “İnter Arena”da yekun vuruldu. Həmin oyunda “İnter” “Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub etdi.
Sportarena.az xəbər verir ki, “İnter”in baş məşqçisi Kaxaber Sxadadze oyun barədə fikirlərini bölüşüb:
“Öz komandamı yaxşı oyun münasibəti ilə təbrik edirəm. “Xəzər Lənkəran”la oyun bizim üçün vacib idi. Çünki ardıcıl iki oyunda qələbə qazana bilməmişdik. Digər tərəfdən yanaşsaq, bizim heyətlə bağlı problemlərimiz vardı. Başa düşürəm ki, “Xəzər Lənkəran” gənclərdən qurulub və futbolçular bəzi epizodlarda kobud oynadılar. Komandam bundan sonra kubok matçına yaxşı hazırlaşmalıdır”.