İbrahim Uzuncadan şok ittiham: "Ayıb olsun o adamlara ki, arxamızca iş çevirirlər"

23:54 5 Aprel 2015

Qarabağ"la oyundan öncə İbrahim Uzuncanın istefa xəbəri yayılsa da, oyun zamanı türkiyəli çalışdırıcı işinin başında görünüb.

 

Sportarena.az xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan qarşılaşmadan sonra İ. Uzunca  mətbuat konfransında jurnalistlərə açıqlama verib. Yayılan söz-söhbətin Yaşar Seyidovun hiyləsi olduğunu iddia edən çalışdırıcı qələm əhlindən kömək istəyib
"Mən heç bir zaman "oyuna çıxmayacayağıq" deyə bir sözü ağzımdan çıxartmamışam. Düzdür, oyundan əvvəl bir sıra problemlər var idi, oyunçular maaş probleminə görə məşqə çıxmadılar. Amma gördüyünüz kimi futbolçularım meydana çıxdı, "aslanlar" kimi mübarizə apardılar. Mən onların hamsının alnından öpürəm. 10 ildir ki, bu klubda çalışırıam, bazada yetişən bütün uşaqları öz balam kimi tanıyıram. Bu müddət ərzində Hafiz Məmmədovun dəstəyini-qayğısını hiss etmişəm, onun çörəyini yemişəm. Heç vaxt ona arxa çevirmərik. Mən və futbolçularım o kişinin başı aşağı olmasın deyə sona kimi mübarizə aparacayıq. Kim futbolçulara may ayına qədər maaşların ödəniləcəyini söz vermişdisə, indi də ortaya çıxsın". 

O bildirib ki, idarəçiliklə, pulla bağlı məsələlərə qarışmır:

"Mənim işim futbolçuları yetişdirmək, onları oyuna hazırlamaq və meydana çıxarmaqdır. Uduzsaq da, xal qazansaq da bacarığımızı sərgiləməkdən utanmırıq. Əminəm ki, gələcəkdə bu uşaqlar daha yaxşı oynayacaqlar. Sizdən xahiş edirəm ki, dediklərimi olduğu kimi qeyd edəsiz, həqiqəti olduğu kimi yazın. Yaşar Seyidovdan soruşun görək, bir ay bundan əvvəl istefa vermişəm deyən adam indi bazada nə gəzir? Mənim otağımın açarlarını belə dəyişdiriblər ki, ora daxil ola bilməyim. Bütün bu işlərin başında Seyidov dayanır. Oyundan öncə də mənim istefamla bağlı xəbərlər onun vasitəsiylə yayılıb. Heç yerə getməmişəm. Bizim bir rəhbərimiz var, o da Hafiz Məmmədovdur. O, nə iş buyursa, mən onu yerinə yetirəcəm. Çağırıb desə ki, daha bizə lazım deyilsən, halallıq istəyərəm. 54 yaşım var, uşaq deyiləm. 20 il futbolçu kimi çıxış etmişəm, ondan sonra məşqçiliyə başlamışam. Kiminləsə intiriqa aparmağa həvəsim yoxdu. Ayıb olsun o adamlara ki, arxamızca iş çevirirlər. "Bakı"nı dağıtmaq istəyən adamlar məqsədlərinə çatmayacaqlar".

 


Digər xəbərlər

Xəbər xətti