"Neftçi"nin futbolçusu "Simurq" azarkeşlərini təhqir etdi

00:06 6 Aprel 2015

Azərbaycan Premyer Liqasında 28-ci turu çərçivəsində aprelin 5-də keçirilən “Simurq” – “Neftçi” qarşılaşmasında biabırçı olay yaşanıb.
 

 

Sportarena.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Julius Vobay qarşılaşma zamanı azarkeşlərə qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirərək qeyri-etik hərəkət edib. Onun bu hərəkətinə hakim heç bir reaksiya göstərməyib. Daha doğrusu oyunu idarə edən hakimin həmin epizodu görüb-görmədiyi məlum deyil. “Simurq”un mətbuat xidməti Rüstəm Allahverdiyev ANS PRESS-ə açıqlamasında Julius Vobayın qeyri-etik jest etdiyini təsdiqlədi. Onun sözlərinə görə, hadisə qarşılaşmanın son dəqiqələrində baş verib:

“Neftçi”nin futbolçusunun qeyri-etik hərəkəti ilə bağlı qarşılaşmanın inspektoruna məlumat verildi”.

 

Qeyd edək ki, qarşılaşma “Neftçi”nin minimal hesablı qələbəsi ilə başa çatıb.

 


Digər xəbərlər

Xəbər xətti