Səfərdə “İnter”ə 0:2 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” istirahətsiz hazırlaşacaq.
Sportarena.az 12cioyuncu saytına istinadən xəbər verir ki, komanda matçdan dərhal sonra paytaxtdan cənub istiqamətində yola düşüb. Qarşıdakı günlərdə “Xəzər Lənkəran” istirahət etmədən doğma şəhərdə intensiv məşqlər keçəcək. Qeyd edək ki, cəzalı duruma düşdüklərinə görə “İnter”lə oyunda komandaya kömək edə bilməyən Alfred Sankou və Sadio Tounkara da hazırlıqlara qatılacaqlar.
Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXIX turu çərçivəsində, aprel ayının 9-da “Fırtınalatr meydanı”nda əzəli rəqibi “Neftçi”ni qəbul edəcək.