Bu gün Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilib. 
  
                       
                                                
                        
 
                
                              
Sportarena.az xəbər verir ki, "Neftçi" səfərdə "Simurq"u 1:0 hesabı ilə məğlub edib.
Zaqatalada baş tutan matçda xoşagəlməz hadisə yaşanıb. Belə ki, matçın 76-cı dəqiqəsində fərqlənərək "ağ-qaralar"ı hesabda önə keçirən Nikolas Kanales klubunun formasına qarşı hörmətsizlik edib. Çilili hücumçu qol vurduqdan sonra formasını çıxardaraq yerə atıb.
Meydançaya düşən forma sevinən oyunçuların ayaqları altında qalıb.