Dünən Preyer Liqanın 28-ci turu çərçivəsində səfərdə “Simurq” klubu üzərində qələbə qazanan “Neftçi” (0:1) istirahətə çəkilib.
Sportarena.az saytına klubdan verilən məlumata görə komanda bir gün istirahət etdikdən sonra aprelin 7-də növbəti turun hazırlıqlarına başlayacaq. Sabah saat 12:00-da komanda “Xəzər Lənkəran”la oyunun hazırlıqlarına başlayacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması aprelin 9-u Lənkəran şəhər stadionunda keçiriləcək.