Gürcüstan klubunun kapitanı məşq zamanı öldü

14:21 6 Aprel 2015

Gürcüstanın "Betlemi" klubunun kapitanı Arçil Partenadze məşq vaxtı dünyasını dəyişib.

 

Sportarena.az  "Report"a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ürək çatışmazlığından vəfat edib.

 

Batumidə komandanın məşqi zamanı qəflətən Partenadzenin halı pisləşib və yerə yıxılıb. I liqa təmsilçisinin futbolçusu yerindəcə keçinib.

 

Qeyd edək ki, 2009-cu ildə Belarusun paytaxtı Minskdə müayinə zamanı xəbərdarlıq edilməsinə baxmayaraq, Arçil Partenadze futbolu atmayıb. Ötən il "Betlemi"nin baş məşqçisi olan hücumçu, komandaya kömək məqsədilə yenidən oynamağa başlayıb.

 


Digər xəbərlər

Xəbər xətti