Dünən Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Simurq” öz meydanında “Neftçi”yə 0:1 hesabı ilə məğlub olub.
Sportarena.az xəbər verir ki, matç başa çatandan sonra qalmaqal yaşanıb.
Qonaqların hücumçusu Julius Vobay qeyri-etik hərəkəti ilə zaqatalalı azarkeşləri təhqir edib. Bu hadisədən sonra stadionun çıxışında Bakı klubunun icraçı direktoru Elnur Məmmədovla yerli fanatlar arasında dialoq olub, onlar Vobayın üzr istəməli olduğunu bildiriblər.
“Ağ-qaralar”ın mühafizəçiləri mübahisəyə girişmək istəsə də, Məmmədov buna müdaxilə edərək, məsələnin böyüməsinə imkan verməyib.