"Fənərbağça"nın silahlı hücuma məruz qalmış futbolçusu gedir

15:43 6 Aprel 2015

“Fənərbağça”nın futbolçusu Mussa Sou Türkiyəni tərk edə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə “NTV spor” məlumat yayım.

 

Yayılan məlumatda buna səbəb kimi “Fənərbağça” klubuna edilmiş silahlı hücum göstərilib. Seneqallı futbolçu həmvətəni, “Beşiktaş”da forma geyən Demba Baya zəng edərək ailəsinin Türkiyəni tərk etdiyini və bu səbəbdən də ölkədə qalmaq istəmədyini deyib.


Digər xəbərlər

Xəbər xətti