Şok qərar: Türkiyə Superliqası dayandırıldı

19:27 6 Aprel 2015

Türkiyə superliqasında 27-ci turun oyunları bir həftəliyinə təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının və klub rəhbərlərinin iştirakı ilə bu gün keçirilən zirvə toplantısında qərar qəbul olunub.

 

Toplantıda Türkiyə millisinin baş məşqçisi Fatih Terim də iştirak edib. Superliqanın oyunlarının təxirə salınmasına səbəb kimi ötən turda "Rizəspor" - "Fənərbaxça" matçından (1:5) sonra qonaq komandanı daşıyan avtobusun silahlı basqına məruz qalması göstərilib. 

 

Federasiya baş verən hadisədən sonra dünən "Fənərbaxça"nın kubokda "Mersin" və superliqada "Bursaspor"la keçirəcəyi görüşlərin təxirə salındığını açıqlayıb.  


Digər xəbərlər

Xəbər xətti