Premyer Liqanın XXIX turu çərçivəsndə aprel ayının 9-da “Xəzər Lənkəran” doğma meydanda “Neftçi” klubu ilə qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, bu görüş “Xəzər Lənkəran”ın 2004-cü ildən bəri ölkə çempionatlarının XXIX turları çərçivəsində keçirəcəyi 7-ci oyun olacaq. Qeyd edək ki, 2004/05 mövsümündə komandaların sayı çox olduğundan çempionluq yarışması 34-tur davam edirdisə növbəti 4-mövsümdə komandaların sayı azaldıqca 26-cı turla çempionata yekun vurulurdu. Lakin 2009/10 mövsümündə tətbiq olunan dörddövrəli altılıq sistemi ilə, sonradan isə yalnız sadə dörddövrəli sistemi qalması sayəsində yenidən 29-cu turlarda komandaların görüşləri bərpa olundu. Bu səbəbdən də 11- ildir ölkə futbolunda “ağ-yaşıl” rənglərlə cənub bölgəsini təmsil edən “Xəzər Lənkəran” yalnız 6-dəfə XXIX turlarda oyun keçirib.
Beləliklə, indiyə qədər komanda ölkə çempionatarının XXIX turlarında 6-oyunda meydana çıxıb ki, bu qarşılaşmaların 4-də qələbə qazanıb və 2 oyunda isə qalib müyyənləşməyib. “Xəzər Lənkəran” XXIX turlarda heç vaxt məğlubiyyət acısı yaşamayıb. Rəqib komandaların qapılarından 8-top keçirərək öz qapısından cəmi 3-top buraxan komandamız, XXIX turlarda ümumilikdə 19-xal toplaya bilib. Qeyd edək ki, komanda bir dəfə XXIX turda əzəli rəqibi ilə üz-üzə gəlib. Bu oyun 22.04.2012 tarixində baş tutub və “Xəzər Lənkəran”ın minimal hesablı qələbəsi ilə bitib.
Ötən mövsümlərin 29-cu turlarında “Xəzər Lənkəran”ın nəticələri:
2004/05 “Xəzər Lənkəran” – “Karat” 2:0
2009/10 “Xəzər Lənkəran” – “İnter” 2:2
2010/11 “İnter” – “Xəzər Lənkəran” 1:1
2011/12 “Xəzər Lənkəran” – “Neftçi” 1:0
2012/13 “Xəzər Lənkəran” – “Kəpəz” 1:0
2013/14 “Xəzər Lənkəran” – “Qəbələ” 1:0
2014/15 “Xəzər Lənkəran” – “Neftçi” ? : ?
Mənbə: 12cioyuncu.info