Futbolçuları meydandan zirehli maşınla çıxardılar

23:45 6 Aprel 2015

Qananın "Asante Kotoko" komandasının futbolçuları meydandan zirehli transportyorla (ZTR) çıxarılıb. 

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, buna səbəb komandanın Afrika Çempionlar Liqasında "Ulmoy"a məğlub olmasıdır.

 

İki oyunda da məğlub olaraq növbəti mərhələyə vəsiqə qazana bilməyən "Asante Kotoko"nun azarkeşləri matçdan sonra insident yaradıb. Nəticədən əsəbləşən azarkeşlər futbolçularla danışmaq üçün meydana axışıblar. Polislər bunun kütləvi dava ilə nəticələnəcəyini görərək futbolçuları zirehli maşınla meydandan çıxarmağa qərar verib.

 

Qeyd edək ki, qarşılaşma "Ulmoy"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti