RƏSMİ: Rahem Sterlinq "Real Madrid"ə keçə bilər

00:14 7 Aprel 2015

2017-ci ilin sonunda İngiltərənin “Liverpul” klubu ilə bitəcək müqaviləsini yeniləmək istəməyən Rahem Sterlinq İspaniyada forma geyə bilər.

 

Sportarena.az xəbər verir ki, Zinədəddin Zidan “Daily Mail”ə açıqlamasında “Real Madrid”in futbolçunu izlədiyini bildirərək buna işarə vurub.

“Rahem Sterlinqin necə bir futbolçu olduğunu yaxşı bilirik. Onu yaxından izləyirik. Sterlinqlə bərabər Avropanın bir-çox gənc futbolçularını da izləyir, onların “Real Madrid” üçün gələcəkdə faydalı olub-olmadığını aydınlaşdırmağa çalışırq”.

 

Qeyd edək ki, “Liverpul”la müqaviləsini yeniləməyən Rahem Sterlinqin mövsüm sonunda klubundan ayrıla biləcəyi ən çox tirajlanan mövzulardandır.


Xəbər xətti