İDDİA: "Real"dan daha bir ulduz futbolçuya fantastik təklif

01:16 7 Aprel 2015

"Mançester Siti"nin hücumçusu Serxio Aquero karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı argentinalı üçün Madrid "Real"ı 95 milyon avro təklif göndərmək niyyətindədir.

 

Ayrılmaq ehtimalı olan Benzemanın əvəzinə futbolçu axtarışında olan "kral" klubu Aquerodan əl çəkmək istəmir. Aquero bu mövsüm "Mançester Siti"nin heyətində çıxdığı 32 matçda 23 qol və 7 asistlə yadda qalıb.

 

Qeyd edək ki, Serxio Aquero Madrid "Real"ına transfer olunacağı haqda yayılan xəbərlərə münasibət bildirib. Argentinalı futbolçu "Mançester Siti"də qalacağını vurğulayıb: "Mançester"də qalmaq istəyirəm. Çünki bu komanda ilə 4 illik müqaviləm var və burada özümü çox xoşbəxt hiss edirəm. "Real"a keçəcəyimlə bağlı yayılan xəbərlər yanlış məlumatdır. Nə "Real"a, nə də digər komandaya keçmək niyyətim yoxdur. "Mançester Siti"də daha böyük uğurlar qazanmağa çalışacağam". (anspress)


Digər xəbərlər

Xəbər xətti