Almaniya Regional Liqasında 27-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Saarbrukken" səfərdə "Hoffenhaym"la qarşılaşıb. Matç "Saarbrukken"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Dadaşov oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Hazırda "Saarbrukken" 59 xalla ikinci pillədə qərarlaşıb.